SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
İqtisadiyyat

Kobaxidze: Müharibə Saakaşvilinin Tsxinvalını bombalamasından sonra başladı

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Kobaxidze: Müharibə Saakaşvilinin Tsxinvalını bombalamasından sonra başladı

Kobaxidze: Gürcüstan-Rusiya müharibəsi Saakaşvilinin Tsxinvalını bombalaması ilə başladı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı açıqlamasında münaqişənin genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsinə görə keçmiş prezident Mixeil Saakaşvilinin hakimiyyətini məsul tutub.

Xeberhub.com xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Kobaxidze jurnalistlərə açıqlamasında Avropa Şurasının qətnaməsində münaqişənin genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə Gürcüstanın keçmiş hakimiyyətinin Tsxinvalını bombalamasından sonra keçdiyinin qeyd olunduğunu bildirib.

Baş nazirin sözlərinə görə, münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi Saakaşvili hakimiyyətinin hərbi əməliyyatlara başlaması ilə bağlı olub.

Kobaxidze qeyd edib ki, Avropa Şurasının qətnaməsində konkret olaraq Saakaşvili hakimiyyətinin adı çəkilməyib və hadisələrə görə “Gürcüstan tərəfi” ifadəsindən istifadə olunub.

“Avropa Şurasının qətnaməsində təqribən belə yazılıb ki, münaqişə genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə Saakaşvili rejiminin Tsxinvalı bombalamasından sonra başlayıb. Təəssüf ki, qətnamədə Saakaşvili rejimi yazılmayıb, Gürcüstan tərəfi yazılıb”, - deyə Kobaxidze bildirib.

A

Oxşar Xəbərlər