Zelenski Emmanuel Makronu "Azadlıq" dövlət ordeni ilə təltif edib
Report xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronu "Azadlıq" dövlət ordeni ilə təltif edib. Parisdə keçirilən görüşdə tərəflər Ukraynadakı cəbhə vəziyyətini, hava hücumundan müdafiənin gücləndirilməsi və raketdən müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Zelenski Fransanın bu istiqamətdə mühüm texnologiya və imkanlara malik olduğunu bildirib.