Sosial şəbəkələrdə paylaşdığı görüntülərlə gündəmə gələn tiktoker barəsində məhkəmə qərarı ilə inzibati həbs tədbiri seçilib.
Xeberhub.com xəbər verir ki, Unikal-ın yaydığı məlumata görə, 1992-ci il təvəllüdlü Müjgan Əziz qızı Məmmədzadə Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata əsasən, o, sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik və ictimai mənəviyyata zidd hesab edilən qeyri-etik davranışlar nümayiş etdirməkdə təqsirləndirilib.
Bildirilib ki, Müjgan Məmmədzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunaraq iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, o, 10 sutka müddətinə inzibati qaydada həbs edilib.