SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Fyodorovun istefası Ukraynada böhran yaratdı: Sırski də gedə bilər

👤 📅 👁 5 baxış ⏱ 3 dəq oxuma
Fyodorovun istefası Ukraynada böhran yaratdı: Sırski də gedə bilər

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorovun vəzifədən azad olunması ölkədə siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Uzun illər Prezident Volodimir Zelenskinin ən yaxın komanda üzvlərindən hesab olunan Fyodorov vəzifəsindən ayrıldıqdan sonra rəhbərliyi dövründə Müdafiə Nazirliyində həyata keçirilən əsas layihələri açıqlayıb.

Onun sözlərinə görə, bu müddətdə innovativ silah sistemlərinə yatırımlar artırılıb, pilotsuz uçuş aparatlarının tədarükü genişləndirilib, Rusiya istiqamətində "logistika blokadası" layihəsi icra olunub, Krımın təcridinə yönəlmiş tədbirlər gücləndirilib. Bundan başqa, raket və partlayıcı maddə istehsalçıları üçün geniş qrant proqramı başladılıb, Avropa ölkələri ilə yeni müdafiə sazişləri imzalanıb və ordunun modernləşdirilməsi istiqamətində islahatlara start verilib.

Məlumata görə, Fyodorovun vəzifədən uzaqlaşdırılması cəmiyyətdə narazılıq yaradıb. Bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin istefası tələbi ilə çağırışlar da artıb.

Mövzu ilə bağlı Oxu.Az-a danışan ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, Fyodorov istefa açıqlamasında Baş Komandan Aleksandr Sırski ilə bir sıra məsələlərdə ortaq mövqe tapa bilmədiyini qeyd edib.

Ekspertin sözlərinə görə, bu açıqlamadan sonra etirazlar daha da güclənib və aksiya iştirakçıları həm Fyodorovun istefasına, həm də Sırskinin vəzifədə qalmasına etiraz edirlər.

Aleksandr Kovalenko hesab edir ki, Prezident Volodimir Zelenski Baş Komandanın dəyişdirilməsi barədə qərar verərsə, bu vəzifəyə cəmiyyət və ordu tərəfindən tanınan şəxslərdən biri təyin olunacaq.

Politoloqun fikrincə, əsas namizədlər sırasında 3-cü Ordu Korpusunun komandanı Andrey Biletskigeneral Mixail Drapatı yer alır. O bildirib ki, hər iki hərbçi uzun illərdir Ukrayna ictimaiyyətində tanınır və mühüm hərbi əməliyyatlarda iştirak edib.

Ekspert əlavə edib ki, müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara da təhlükəsizlik sahəsində böyük təcrübəyə malik şəxsdir və Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi bir sıra xüsusi əməliyyatların təşkilatçılarından biri hesab olunur.

A

Oxşar Xəbərlər