Politico: İslandiya və Monteneqro 2028-ci ildə birlikdə Aİ-yə üzv ola bilər
İslandiya dayandırılmış Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını bərpa edərsə, 2028-ci ildə Monteneqro ilə birlikdə eyni paket çərçivəsində Aİ-yə qəbul oluna bilər.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın istinad etdiyi Politico nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, İslandiya artıq Avropa İqtisadi Bölgəsi və Şengen zonasının üzvü olduğundan, Aİ qanunvericiliyinin böyük hissəsi ölkənin milli hüquq sisteminə inteqrasiya edilib.
Nəşr bildirir ki, İslandiyanın güclü iqtisadiyyatı onu Avropa İttifaqı büdcəsinə xalis töhfə verən ölkəyə çevirə bilər. Bu isə birliyə qəbul prosesində maliyyə baxımından digər inkişaf etməkdə olan üzv dövlətlərlə tarazlığın qorunmasına töhfə verə bilər.
Qeyd olunur ki, İslandiya üzvlük danışıqlarının bərpasını dəstəklədiyi təqdirdə, Monteneqro ilə birlikdə 2028-ci il üçün nəzərdə tutulan genişlənmə paketində Aİ-yə qoşulan ölkələr sırasında yer ala bilər.