SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İdman

Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli oldu

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli oldu

Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşdi

Qazaxıstan Futbol Federasiyası (KFF) milli komandanın baş məşqçisi postuna niderlandlı mütəxəssis Con van't Sxiplə bağlı yekun razılıq əldə edib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, bu barədə KFF-nin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, mütəxəssisin təyinatı federasiyanın nizamnaməsinə uyğun olaraq KFF İcraiyyə Komitəsinin təsdiqindən sonra rəsmiləşəcək. Yaxın günlərdə keçiriləcək iclasdan sonra tərəflər arasında rəsmi müqavilənin imzalanması gözlənilir.

Rəsmi açıqlamada qeyd olunub ki, Con van't Sxip məşqçilik fəaliyyətinə "Ayaks" sistemində başlayıb. O, müxtəlif dövrlərdə "Ayaks", "Tvente", "Zvolle", Meksikanın "Qvadalaxara" və Avstraliyanın "Melburn Siti" klublarını çalışdırıb. Niderlandlı mütəxəssis 2016-cı ildə "Melburn Siti" ilə Avstraliya Kubokunun qalibi olub.

Bundan əlavə, Con van't Sxip beynəlxalq arenada Yunanıstan və Ermənistan milli komandalarının baş məşqçisi kimi fəaliyyət göstərib.

Qazaxıstan millisinin məşqçilər korpusunda köməkçi məşqçilər Nurbol Jumaskaliyev və Yeldos Axmetov, qapıçılar üzrə məşqçi Yuri Novikov, fiziki hazırlıq üzrə məşqçi Vadim Borovski və analitik Timur Kusainov yer alacaqlar.

A

Oxşar Xəbərlər