SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
Digər

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 104 nəfər saxlanıldı

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 104 nəfər saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 104 nəfər saxlanıldı

Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 104 nəfər saxlanılıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, jandarm qüvvələrinin ölkənin 30 vilayətində həyata keçirdiyi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 104 nəfər saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif şəxslər və qondarma xeyriyyə fondları vasitəsilə terror təşkilatına maliyyə dəstəyi göstərib, eyni zamanda sosial media platformalarında İŞİD-in təbliğatını aparıblar.

Əməliyyatlar İstanbul, Antalya, Bursa, Konya və digər vilayətləri əhatə edib. Hüquq-mühafizə orqanları istintaq tədbirlərinin davam etdirildiyini bildirib.

A

Oxşar Xəbərlər