Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə yeni yük qatarı yola düşür
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda və 10 vaqon daş kömür göndəriləcək. Qatar Biləcəri stansiyasından yola düşəcək.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda və 10 vaqon daş kömür göndəriləcək. Qatar Biləcəri stansiyasından yola düşəcək.
Yekaterinburqda "Wildberries" logistika mərkəzində PUA hücumundan sonra yanğın baş verib. İşçilər təxliyə olunub, yüklərin qəbulu isə müvəqqəti dayandırılıb.
"EUobserver"in məlumatına görə, Avropada ekstremal istilərin iqtisadi zərəri 800 milyard avroya çata bilər. Ən böyük risk Fransa üçün proqnozlaşdırılır.
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna ordusu üçün yük daşıdığı iddia edilən üç yük gəmisinin pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.
Gürcüstan XİN Azərbaycanın diplomatik notasına cavab olaraq bildirib ki, yük avtomobillərinin sərhəddə ləngiməsi ilə bağlı məsələ aidiyyəti qurumların nəzarətindədir və qanunvericiliyə uyğun tədbirlər görülür.
Aİİ ilə BƏƏ arasında imzalanmış azad ticarət sazişi 6 oktyabr 2026-cı ildən qüvvəyə minəcək. Tələb olunan bütün ratifikasiya prosedurları artıq yekunlaşıb.
Hindistan Odişa ştatındakı Çandipur poliqonunda nüvə başlığı daşıya bilən Agni-4 ballistik raketinin sınaq buraxılışını uğurla həyata keçirib.
Donald Tramp İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda başa çata biləcəyini bildirib və müharibənin bitməsinin neft qiymətlərinə də müsbət təsir göstərəcəyini vurğulayıb.
"Al Hadath" telekanalı İraqda fəaliyyət göstərən bəzi silahlı qruplaşmaların yaxın 48 saat ərzində PUA-larla qonşu ölkələrə hücum edə biləcəyi barədə iddia irəli sürüb.
Novorossiya magistralında yük maşınlarına dron hücumlarını əks etdirən görüntülər yayılıb. Kadrların Krıma aparan quru dəhlizi üzərində qeydə alındığı bildirilir.
SEPAH-ın Hörmüz boğazı istiqamətində keçirdiyi əməliyyat zamanı Keşm adasında iki partlayış baş verib. Əməliyyatın nəticələrinin yaxın saatlarda açıqlanacağı bildirilib.
Donald Tramp müdafiə naziri Pit Haqsetdən raket çatışmazlığı ilə bağlı izahat tələb etdiyi barədə iddiaları təkzib edib və onun fəaliyyətini yüksək qiymətləndirib.