Deputat Vaşinqton görüşünün ildönümünü şərh etdi: Cənubi Qafqazda yeni mərhələ
Milli Məclisin deputatı Rizvan Nəbiyev 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ-Ermənistan görüşünün regionda yeni siyasi mərhələnin əsasını qoyduğunu bildirib. Deputat sülh prosesinin hüquqi müstəvidə tamamlanmasının, nəqliyyat və iqtisadi əlaqələrin inkişafının Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradacağını qeyd edib.