İran: ABŞ bəzi raket istehsalı obyektlərimizin yerini müəyyən edə bilmir
İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfəzl Şekarçi bildirib ki, ABŞ inkişaf etmiş kəşfiyyat imkanlarına baxmayaraq, İranın bəzi raket istehsalı obyektlərinin yerini müəyyən edə bilmir. Onun sözlərinə görə, raket və PUA istehsalı ölkədə fasiləsiz şəkildə davam edir.