Günəşdə M sinifli partlayışlar baş verə bilər
Avqustun 12-13-də Günəşdə partlayış aktivliyinin əsasən aşağı səviyyədə olacağı gözlənilir. Bununla yanaşı, M sinfinə aid partlayışların baş verməsi mümkündür. Günəş partlayışları plazma atılması ilə müşayiət olunduqda Yerə çataraq geomaqnit dəyişikliklərinə səbəb ola bilər.