Azərbaycanda hava 37 dərəcəyədək isti olub
Avqustun 21-də Azərbaycanda hava əsasən yağmursuz keçib. Ən yüksək temperatur Aran rayonlarında 37 dərəcə olub. Bakıda və Abşeronda temperatur 33, Naxçıvanda 34, dağlıq rayonlarda isə 24 dərəcəyədək yüksəlib.