Husilər Səudiyyə Ərəbistanındakı nəhəng neft emalı zavodunu raketlə vurdu
The Times of Israel-in məlumatına görə, husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində yerləşən Saudi Aramco neft emalı zavoduna ballistik raketlərlə hücum ediblər. Hadisə nəticəsində zavodda yanğın baş verib. Mütəxəssislər bunun regional enerji bazarına təsir göstərə biləcəyini bildirirlər.