İlham Əliyev Qırğızıstana dövlət səfərinə getdi
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedib. Çolpon-Atada keçirilən rəsmi qarşılanma mərasimində onu Prezident Sadır Japarov qarşılayıb.
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedib. Çolpon-Atada keçirilən rəsmi qarşılanma mərasimində onu Prezident Sadır Japarov qarşılayıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan tiktoker Müjgan Məmmədzadə məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs cəzası alıb. O, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunub.
"Reuters"in məlumatına görə, Donald Tramp və Benyamin Netanyahu İranla bağlı üç mümkün ssenarini müzakirə ediblər. Vaşinqton diplomatik razılaşma, sanksiyaların davamı və hərbi müdaxilə variantlarını dəyərləndirir.
Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu "ATA-2" yük gəmisinə üç PUA ilə hücum edildiyi bildirilir. Gəmi zədələnsə də, ekipaj üzvləri arasında ölən və ya yaralanan yoxdur.
Rusiya Müdafiə Nazirliyi müharibənin 1618-ci günü üzrə Ukrayna ordusunun itkilərinə dair yenilənmiş statistikanı açıqlayıb. Nazirlik çoxsaylı hərbi texnika və avadanlığın məhv edildiyini iddia edir. Məlumat müstəqil şəkildə təsdiqlənməyib.
SEPAH ABŞ-nin İrana hücumlarına cavab olaraq İordaniyadakı "Əl-Əzrəq" hərbi bazasına raket zərbəsi endirdiyini açıqlayıb. İran tərəfi hücum nəticəsində üç F-35 qırıcısının məhv edildiyini iddia edir. Məlumat müstəqil mənbələr tərəfindən hələ təsdiqlənməyib.