İlham Əliyevdən Donald Trampa təşəkkür mesajı
Xeberhub.com xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampa Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün təşəkkür edib və Vaşinqton Sammitinin ildönümünü xatırladıb.
Xeberhub.com xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampa Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün təşəkkür edib və Vaşinqton Sammitinin ildönümünü xatırladıb.
Qadınların fotolarını süni intellektlə montaj edib pul tələb edən şəxslər saxlanıldı Xeberhub.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoları süni intellekt vasitəsilə dəyişdirərək onları şantaj etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarına qadınlara məxsus fotoşəkillərin süni intellekt proqramları ilə montaj edilərək sosial şəbəkələrdə yayılması və həmin görüntülərin silinməsi qarşılığında pul tələb olunması barədə çoxsaylı müraciətlər daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər "TikTok", "Instagram" və "Telegram" platformalarından qadınlara məxsus fotoşəkilləri götürərək süni intellekt proqramları vasitəsilə dəyişdiriblər. Daha sonra montaj edilmiş görüntülərin üzərinə təhqiramiz mətnlər əlavə edib saxta hesablar vasitəsilə yayıblar. İlkin məlumata əsasən, şübhəlilər həmin görüntülərin silinməsi müqabilində zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pul tələb ediblər. Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Hər iki şəxs barəsində cinayət məsuliyyəti tədbirləri görülür. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirib ki, süni intellekt texnologiyalarının geniş yayılması fonunda şəxsi foto və videoların qanunsuz şəkildə dəyişdirilməsi riskləri artıb. Nazirlik sosial şəbəkələrdə şəxsi məlumatların paylaşılması zamanı diqqətli olmağı, tanınmayan şəxslərə foto və videolar göndərməməyi, həmçinin şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edib.
Xeberhub.com xəbər verir ki, 2026-cı ilin ilk altı ayında Bakıda 6 909 cinayət qeydə alınıb və onların 93,2 faizi açılıb. Bu barədə Bakı Şəhər Prokurorluğunun əməliyyat müşavirəsində məlumat verilib.
Xeberhub.com xəbər verir ki, Dağbəyi İsmayılov dini mövzuların mediada peşəkar təqdimatının cəmiyyətdə dini sabitliyin qorunması üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Xeberhub.com xəbər verir ki, keçmiş Müdafiə Nazirliyi əməkdaşı Əvəz Rüstəmovun cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə veriblər. İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 10-na təyin olunub.
Xeberhub.com xəbər verir ki, Xırdalan şəhərində 980 qurumuş ağac və kolun mərhələli şəkildə götürülməsinə başlanılıb. Onların yerində isə payız aylarında yeni tinglərin əkilməsi planlaşdırılır.