Martin Rayan və Azad Məmmədlinin apellyasiya şikayəti rədd edildi
Bakı Apellyasiya Məhkəməsi Martin Rayan və Azad Məmmədli barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb. Onlar müvafiq olaraq casusluq və dövlətə xəyanətdə təqsirləndirilərək 10 və 12 il həbs cəzası alıblar.