ABŞ-də qızılca son 35 ilin rekord həddinə çatdı
ABŞ-də qızılcaya yoluxma halları son 35 ilin ən yüksək həddinə çatıb. İyulun 21-dək 2 295 yoluxma qeydə alınıb. Mütəxəssislər artımı əsasən peyvəndlənmə səviyyəsinin azalması ilə əlaqələndirirlər.
ABŞ-də qızılcaya yoluxma halları son 35 ilin ən yüksək həddinə çatıb. İyulun 21-dək 2 295 yoluxma qeydə alınıb. Mütəxəssislər artımı əsasən peyvəndlənmə səviyyəsinin azalması ilə əlaqələndirirlər.
Milli Mətbuat Günü münasibətilə MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət edib. Heydər Əliyev, Zərifə Əliyeva və Həsən bəy Zərdabinin xatirəsi ehtiramla anılıb.
"Sabah" klubu sabiq futbolçusu Jarl Marqarita ilə bağlı mübahisəni CAS-a çıxarıb. Klub futbolçudan 810 min avro təzminat tələb edir. İş üzrə dinləmə avqustun 27-də keçiriləcək.
Rumıniyanın Braşov şəhəri yaxınlığındakı "Kronospan" zavodunda iki güclü partlayış baş verib. İkinci partlayış nəticəsində müəssisənin korpuslarından birinin damı dağılıb. Hadisənin səbəbi və mümkün zərərçəkənlərlə bağlı rəsmi açıqlama yoxdur.
Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətinin Artelnoye və Zaporojye vilayətinin Blaqovatnoye yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü açıqlayıb. Məlumat Ukrayna tərəfindən təsdiqlənməyib.
"Neftçi"nin transfer etməyə hazırlaşdığı Freddi Varqas Bakıya gəlib. Venesuelalı yarımmüdafiəçinin yaxın vaxtlarda paytaxt klubu ilə 2+1 illik müqavilə imzalayacağı gözlənilir.