İlham Əliyev və Peter Pelleqrini Ağdamda məktəbin təməlini qoydular
Xeberhub.com xəbər verir ki, Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olub və 840 şagird yerlik məktəbin təməlini qoyublar. Kənddə sosial infrastruktur yaradılır, yollar, kommunikasiya xətləri və yaşayış evləri inşa edilir. Məktəb binasının tikintisi Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.