Deputat: “8 avqust Cənubi Qafqaz tarixinin mühüm günlərindən biridir”
Milli Məclisin deputatı Arzuxan Əlizadə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşünü Cənubi Qafqazın siyasi tarixində mühüm hadisə kimi qiymətləndirib. O, sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını və Birgə Bəyannamənin imzalanmasını xüsusi qeyd edib.