Kürü keçək? yarışına rekord sayda iştirakçı qatılacaq
Avqustun 8-də Mingəçevirdə keçiriləcək Kürü keçək? açıq suda üzmə yarışına rekord sayda – 616 nəfər qeydiyyatdan keçib. Yarış bu il ilk dəfə iki fərqli məsafə üzrə təşkil olunacaq.
Avqustun 8-də Mingəçevirdə keçiriləcək Kürü keçək? açıq suda üzmə yarışına rekord sayda – 616 nəfər qeydiyyatdan keçib. Yarış bu il ilk dəfə iki fərqli məsafə üzrə təşkil olunacaq.
Deputat Mehriban Vəliyeva bildirib ki, uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu sahədə qəbul edilən hüquqi mexanizmlər azyaşlıların hüquqlarının qorunmasına xidmət edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynada həmkarı Andrey Sibiqa ilə görüşüb. Tərəflər siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib, görüşün sonunda birgə mətbuat konfransı keçiriblər.
Siyasi şərhçi Züriyə Qarayeva Rusiyanın Finlandiya və Norveç sərhədləri yaxınlığında hərbi infrastrukturunu genişləndirməsini NATO-nun genişlənməsinə cavab və uzunmüddətli strateji planın tərkib hissəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Atada mətbuata bəyanatlarla çıxış ediblər. Liderlər müttəfiqlik münasibətlərinin rəsmiləşdirildiyini, iqtisadi əməkdaşlığın genişləndirildiyini və bir sıra yeni layihələr üzrə razılıqlar əldə olunduğunu bildiriblər.
Çolpon-Atada Prezident İlham Əliyev və Prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi də daxil olmaqla iqtisadiyyat, energetika, nəqliyyat, kibertəhlükəsizlik və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb və mübadilə edilib.